ABŞ Konqresi Nümayəndələr Palatasının Avropa Üzrə Alt Komitəsinin sədri və Xarici Əlaqələr Komitəsinin üzvü, konqresmen Robert Veksler və Nümayəndələr Palatasının üzvü, Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, konqresmen Bil Şuster Cekson-Venik düzəlişinin Azərbaycana münasibətdə ləğv olunmasını nəzərdə tutan qanun layihəsini təqdim ediblər. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Veksler və Şuster hesab edirlər ki, ABŞ-ın strateji təhlükəsizlik və enerji tərəfdaşı olan Azərbaycan çoxdan emiqrasiya azadlığı tələblərinə dair öz öhdəliklərini yerinə yetirib. Konqres Azərbaycana dair Cekson-Venik tələblərini aradan qaldırmalıdır.
1974-cü il ABŞ Ticarət Aktına əlavə edilmiş Cekson-Venik düzəlişi emiqrasiya hüquqlarını məhdudlaşdıran müəyyən ölkələrə münasibətdə ən əlverişli ticarət rejiminin tətbiqini qadağan edir.
Konqresmen Veksler: «Mən ABŞ-ın Qafqazda ən vacib strateji müttəfiqlərindən biri olan, emiqrasiya azadlığı tələblərinə uyğun bütün öhdəlikləri yerinə yetirmiş və bu öhdəliklərin yerinə yetirilməsini davam etdirən Azərbaycana dair Cekson-Venik düzəlişinin ləğvini tam dəstəkləyirəm. Bu qanun layihəsinin qəbul olunması Amerikanın Azərbaycanla enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizədə, ticarət də daxil olmaqla, digər sahələrdəki əməkdaşlığın gücləndirilməsi niyyəti haqda mühüm mesaj olacaq».
Konqresmen Şuster: «Azərbaycanla strateji əlaqələrin inkişaf etdirilməsi naminə mən, Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupunun həmsədri kimi, Konqresmen Veksler ilə işləməyi səbirsizliklə gözləyirəm». Şuster həmçinin qeyd edib ki, Azərbaycan terrorizmə qarşı mübarizədə əvəzsiz müttəfiqdir. Bununla yanaşı, Azərbaycanın şimaldan Rusiya, cənubdan isə İran ilə həmsərhəd olması onu əsas strateji müttəfiq edir. Azərbaycan, həmçinin, dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə malikdir və Qafqazda ticarət tərəfdaşı kimi mühüm rolu oynamaqda davam edəcək. Bu qanun layihəsi münasibətlərimizin inkişafı üçün vacibdir. AzərTAc