Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 03:10

Barak Obama Almaniyada səfərdədir


ABŞ prezidenti Barak Obama Almaniyaya gedib, kansler Angela Merkellə görüşəcək.

Drezdendə iki lider dünya maliyyə böhranını, Yaxın Şərq probleminin tənzimlənməsi, İran və Rusiya ilə münasibətləri müzakirə edəcəklər.

B.Obama Holokost faciəsi qurbanlarını yad etmək üçün keçmiş Buxenvald konslagerinə də baş çəkəcək.

Bu ABŞ prezidentinin Avropa ölkələrinə ilk səfəridir. Bundan əvvəl B. Obama Yaxın Şərq ölkələrində səfərdə idi. İyunun 6-da isə prezident Fransaya gedəcək.
XS
SM
MD
LG