İyunun 4-ü Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri görüşüblər. Görüşdə Minsk qrupu həmsədrləri də iştirak ediblər. Görüşün təfərrüatları haqda məlumat verilmir.
Görüşdən qabaq Rusiya prezidenti Dmitri Medvedevin köməkçisi Sergey Prixodko «İnterfaks» agentliyinə demişdi ki, bu görüşdə Dağlıq Qarabağ məsələsi üzrə yeni razılaşmanın əldə olunması gözlənilmir və belə məqsəd qoyulmur da. Onun sözlərinə görə, müzakirəyə konkret təkliflər çıxarılmır. Yalnız ümumi söhbət olacaq.
(yazı videonun altında davam edir)
Medvedevin sözçüsü Natalya Timakova isə deyib ki, dialoqun davam etməsinin özü əhəmiyyətli faktdır: «O fakt da əhəmiyyətlidir ki, tərəflər Rusiyanın vasitəçi rolunu qəbul etdiklərini göstərirlər».
Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqa 13-cü iqtisadi forumda iştirak etmək üçün gəliblər.
Ancaq Sankt Peterburq görüşündən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov razı qalıb. Azadlıq radiosunun Moskva müxbiri bu çox pozitiv əhvalın səbəbini soruşanda nazir deyib:"Mənim əhvalım və bəyanatlarım müzakirələrdə real olaraq gördüyümə əsaslanır və gördüklərim onu deməyə əsas verir ki, danışıqlar düzgün istiqamətdə gedir."