«Sabah» qəzetinin təcrübəli köşə yazarı Engin Ardıç ikinci ildir ki, keçirilən Babi-Ali (son 20 ilə qədər türk mətbuatının yerləşdiyi İstanbulun Cağaloğlu səmti) şənliklərinə sərt reaksiya göstərib.
Türkiyədə jurnalistikanın tamamilə hörmətdən düşdüyünü iddia edən Ardıç «Sabah» qəzetindəki köşəsində yazır:
«Qəzetçilər əvvəlki kimi işdən sonra «Jurnalistlər cəmiyyəti»nin şərabxanasına üz tutmur. Kimi maşını ilə bara gedir, kimi də servis avtobusu ilə evlərinə. Bəziləri isə mənim kimi «Lənət olsun» deyərək mümkün olduğu qədər evindən kənara ayaq basmır.
Artıq «mətbuat» adlanan bir yer yoxdur, «media» var. Artıq cəmiyyət də yoxdur, onun kölgəsi var.
Yüzlərlə jurnalist var ki, bir qarın çörək üçün işləyir, çoxlarının heç sarı mətbuat vəsiqəsi də yoxdur.
Eyni zamanda, sarı mətbuat vəsiqəsini almağı özlərinə sığışdırmayan «böyük adlar» var-pula pul demirlər.
Bu heç kimin vəsiqə kimi qəbul etmədyi, bankların tanımadığı, dövlət idarələrinin qəbul etmədiyi sevgili sarı mətbuat vəsiqəmiz.
Fahişə vəsiqəsi belə, ondan daha çox qəbul edilir, daha hörmətlidir.
Artıq Babi-Ali adında bir yer yoxdur. Nəyin şənliyini keçirirsiniz?»