Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 08:49

Gəncədə əksər ət mağazaları sanitar tələblərə cavab vermir


İl başlayandan Gəncədə 7 ət mağazası bağlanıb
İl başlayandan Gəncədə 7 ət mağazası bağlanıb
Bu barədə «Azadlıq» radiosuna Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin qida şöbəsinin direktoru Kərim Rəhimov məlumat verib. Onun sözlərinə görə, şəhərin «Seyid Bağırov» küçəsində olan 6 ət mağazasında sanitar qaydalara cavab verməyən şəraitdə ət satıldığından bu mağazalar Mərkəz tərəfindən möhürlənib.

Bundan başqa «Sovxoz Nizami» adlanan ərazidə olan daha bir ət mağazasının fəaliyyətinə də qadağa qoyulub.

Kərim Rəhimov deyir ki, Gəncədə ümumiyyətlə əksər mağazalarda ət məhsullarının sanitar tələblərə cavab verməyən şəraitdə saxlanıldığı müəyyənləşib. Bu səbəbdən iyun ayı ərzində keçiriləcək reydlərdən sonra sanitar tələblərə cavab verməyən ticarət obyektlərinin fəaliyyəti dayandırılacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG