Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:49

Bakıda kütləvi dava: ölənlər və yarananlar var


Bakının Mərdəkan qəsəbəsində Xaşaxuna bağlar sahəsində bir qrup adam arasında dava düşüb. Baş vermiş insident faciə ilə nəticələnib.

Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 3-ü saat 20.30 radələrində Əzizbəyov rayonu Xaşaxuna bağlar sahəsi ev 178/3-də, orada yaşayanlar Tərlan Cəfərov qardaşları Tərlan və Musa bıçaqla qətlə yetirilib. Onların qohumları İsmayıl Cabbarov və Yeni Günəşli qəsəbə sakini Əfqan Mirzəyev isə bıçaq xəsarətləri alıblar. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Əzizbəyov rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakinləri Ramin Ramazanov, Kamran Mirzəyev və onun qardaşı Mehrac saxlanılıb.

Digər iştirakçıların müəyyən edilib tutulması üçün tədbirlər davam etdirilir. Əzizbəyov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG