Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:57

İranın Zahedan şəhərində gərginlik qalmaqdadır


İranın cənub-şərqində törədilmiş hücum nəticəsində bir adam ölüb, iki nəfərsə yaralanıb.

İRNA agentliyinin məlumatına görə naməlum silahlı adamlar Zahedan şəhərinin ətrafında sərnişin avtobusunu atəşə tutublar.

Son vaxtlar,prezident seçkiləri ərəfəsində şəhərdə vəziyyət gərginləşib.

Ötən həftə şəhərdəki məsçidlərdən birində törədilmiş partlayış nəticəsində 25 adam öldü.

Bundan sonra şəhərdə baş vermiş iğtişaşlarda isə azı daha 6 adam ölüb.

Hakim dairələr 30-a yaxın adamın saxlandığını deyir.
XS
SM
MD
LG