Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 02:42

Moldova parlamenti yenə də prezidenti seçə bilmədi


Moldova parlamenti növbəti dəfə ölkə prezidentini seçə bilməyib.

Parlamentdə hakim kommunist partiyasını təmsil edən 60 deputatın hamısı namizədləri-indiki başnazir Zinaida Gresaniyə səs versə də müxalifət yenə də deçkini baykot edib.

Kommunistlər öz namizədlərini keçirmək üçün 101 yerlik parlamentdə azı 61 səs yığmalıdır.

Ölkə konstitusiyasına görə prezident Vladimir Voronin indi parlamenti buraxmalı və yeni seçki təyin etməlidir.

Bu ilin aprelində kommunistlərin parlament seçkilərində qələbəsi ölkədə narazılıq, etiraz aksiyalarına səbəb oldu.
XS
SM
MD
LG