Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:33

Əfqanıstanda 10 mühavizəçi ölüb


Əfqanıstan polisi ölkənin şərqində özəl mühavizə xidmətinin 10 əməkdaşının öldüyünü xəbər verir.

Mühavizəçiləri aparan maşın karvanı yoldan ötərkən iki dəfə partlayış baş verib.

Hələlik onların hansı şirkətə məxsus olduğu və ya bu ərazidə yerləşən Amerika bazasına gedib-getməmələri bəlli deyil.

Dünənsə Helmand əyalətinin mina partlaması nəticəsində bir Britaniya əsgəri ölüb.

2001-ci ildən bu yana Əfqanıstanda 166 Britaniya əsgəri ölüb.
XS
SM
MD
LG