Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:24

Keçmiş spiker müxalifətin tərəfinə keçdi


Moldovada hakim Kommunist partiyasının baş nazirliyə namizədi olacağı gözlənən parlamentin keçmiş spikeri Marian Lupu müxalifətin tərəfinə keçib. O, “Azadlıq” radiosuna bildirib ki, Kommunist partiyasının demokratik prinsiplərə əməl edəcəyinə, öz daxilində yenilənəcəyinə inamını itirib.

Iyunun 3-də Moldova parlamentində prezident seçkiləri planlaşdırılır. Lupu bildirib ki, hansısa müxalifət deputatı hakimiyyətin namizədinə səs versə belə, o, həmin namizədə səs verməyəcək.

Keçmiş spiker birgə hərəkət üçün Sosial Demokrat və Demokrat partiyaları ilə müzakirələr apardığını bildirib.

Hakim Kommunist partiyası 101 nəfərlik parlamentdə 60 səsə malikdir. Öz namizədinin prezident seçilməsi üçün ona bircə səs lazımdır. Mayın 20-də keçirilən səsvermədə həmin bir səs ucbatından Kommunistlərin namizədi prezident ola bilməmişdi.

Keçmiş spikerin müxalifətə keçməsindən sonra isə, görünür ona bir deyil, iki səs lazım olacaq.

Sabah keçiriləcək seçkidə hakim partiyanın prezidentliyə namizədi indiki baş nazir Zinaida Qreceanidir.
XS
SM
MD
LG