Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 20:28

Təyyarə qəzasından ehtiyat edən ailənin yarısı A-330-la yoxa çıxdı


Təyyarə qəzasından ehtiyat edən ailə müxtəlif reyslə uçmaq qərarına gəldi
Təyyarə qəzasından ehtiyat edən ailə müxtəlif reyslə uçmaq qərarına gəldi. Reyslərdən biri iyunun 1-də Atlantik okeanı üzərində qeybə çıxan A-330 təyyarəsi idi.

İsveçin «Ekspress» qəzeti yazır ki, Braziliyadan İsveçə gedən ailə iki yerə bölünüb müxtəlif təyyarə ilə uçublar.

AF-447 reysilə uçmaq 34 yaşlı Christine Badre Schnabl və onun 5 yaşlı oğlunun qismətinə düşüb.

Onun həyat yoldaşı və 3 yaşlı qızı isə başqa təyyarədə əvvəlcədən Parisə gəlib əbəs yerə onların gəlməsini gözləyiblər.

Brazilyada yaşayan ailə yay tətilini İsveçdə keçirmək üçün təyyarə bileti sifariş edəndə qərara alıblar ki, hər ehtimala qarşı iki yerə bölünüb müxtəlif reyslərlə uçsunlar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG