Finlandiyanın insan haqları təşkilatları Rusiyada təzyiqlərlə üzləşən jurnalistin Helsinkidən siyasi sığınacaq istədiyini bildirir. Həmin jurnalist “Svobodnoe Slovo” qəzetinin əməkdaşı Yelena Maqlevannayadır. Onun Rusiya həbsxanalarında işgəncələr barədə yaydığı məlumatlardan sonra təqibə məruz qaldığı deyilir.
Jurnalisti may ayında Volqoqrad məhkəməsi 4600 avro məbləğində cərimələyib. Maqlevannayanın yaydığı məlumatda qeyd edilir ki, işgəncələrə məruz qalan məhbuslardan biri də gənc bir çeçendir. Ondan təkzib verməsini tələb etsələr də jurnalist bundan imtina edib.
İnsan haqları təşkilatları Rusiyada bu cür təzyiqlərə məruz qalan onlarla jurnalist olduğunu bildirirlər.