Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:19

Uşaq geyimləri və oyuncaqlarının idxalına nəzarət gücləndirilib


«Keyfiyyətsiz, heç bir standartı olmayan məhsulların çoxu Azərbaycana qaçaqmalçılıq yolu ilə gəlir. Onlara nəzarət olur, amma bu məsələ bir qədər çətindir».

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov «Azadlıq» radiosuna belə deyib.

Komitə rəhbəri bildirib ki, onların gömrükdə akkreditasiya olunmuş laboratoriyaları var:

«İdxal olunan məhsulların məcburi şəkildə sertifikatlaşdırılması lazım gələndə idxal rəsmiləri bizə müraciət edir, daha sonra gömrük rəsmiləşməsi reallaşır».

R. Həsənov bildirib ki, bu il Uşaq İli elan olunduğuna görə, uşaq geyimləri, oyuncaqlarının satışı və idxalına da nəzarət gücləndirilib.

Çindən gətirilən oyuncaqların keyfiyyətinə gəlincə, komitə rəhbəri gələn həftə oyuncaqlarla bağlı təhlillərinin nəticələrinin açıqlanacağını deyib.
XS
SM
MD
LG