Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:27

Zəhərlənmə ilə bağlı maddə açıqlandı


Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzində əsgərlərin kütləvi zəhərlənməsi ehtimalı ilə bağlı Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma - eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib. Xanlar Vəliyev baş vermiş hadisə ilə bağlı zəruri istintaq tədbirlərinin davam etdirildiyini vurğulayıb.

Mayın 26-da axşam saatlarında Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzindən 164 əsgər müayinə üçün Hərbi Klinik Hospitala gətirilib. Hərtərəfli müayinədən sonra 158 əsgər xidmət yerinə qaytarılıb. 6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan onlar əlavə müayinə və müalicəyə cəlb edilmişdi

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
XS
SM
MD
LG