Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:11

Pakistanda yaraqlılar azı 400 tələbəni qaçırıblar


Pakistanın şimal-qərbində yaraqlılar oğlan məktəbində oxuyan azı 400 tələbəni və müəllim heyətini girov götürüblər. Pakistan polisinin verdiyi məlumata görə, tələbələr 30 avtobus və maşınlardan ibarət karvanla gedirmişlər və Şimali Vəziristan əyalətində ağır silahlarla silahlanan yaraqlıların hücumuna məruz qalıblar. Avtobuslardan azı biri hadisə yerindən uzaqlaşıb, tələbələrin ələ keçirilməsiylə bağlı polisə xəbər veriblər.

Məlumata görə, tələbələrin çoxu 15-25 yaşlarında olub, və ordunun himayəsində mülki kollecdə təhsil alır.

Asoşeyted Press agentliyinin yaydığı xəbərə görə, hal-hazırda Pakistan hökuməti girovları azad eləmək üçün Talibanla danışıqlar aparır.

XS
SM
MD
LG