Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Gəncədə ümumrespublika teatr festivalı keçiriləcək


5 gün davam edəcək festivalda gün ərzində 2 tamaşanın nümayişi nəzərdə tutulub.

Bu barədə «Azadlıq» radiosuna Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova məlumat verib. Onun sözlərinə görə, iyun 23-27-də təşkil olunacaq ümumrespublika teatr festivalında ölkənin müxtəlif şəhər və rayonlarından ondan çox teatrın iştirakı nəzərdə tutulub.

M.Məlikova bildirib ki, festivalın keçirilməsində əsas məqsəd respublikada teatrın hazırkı vəziyyətini araşdırmaqdır. M.Məlikova Gəncə teatrlarının bu festivala xüsusi diqqətlə hazırlaşdığını bildirdi.
XS
SM
MD
LG