Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 01:07

Xarici aviaşirkətlərə xəbərdarlıq edilib


İyulun 2-dən etibarən Heydər Əliyev adına Beynəlxalq Hava limanı gecə saat 24-dən səhər 7-yə kimi təyyarələrin gecə reyslərinin qəbulunu dayandıracaq. Artıq «AZAL» Dövlət Konserni bu barədə Azərbaycana gecə reysləri edən aviaşirkətləri xəbərdar edib. Bunu «Azadlıq» radiosuna konsernin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

«Bu Bakı əhalisinin sosial müdafiəsinin təmin olunması və gecə saatlarında normal istirahəti üçün şəraitin yaradılması ilə əlaqədardır. Avropanın bir sıra aeroportlarına artıq gecə reyslərinin qəbulu çoxdan dayandırılıb. Biz də Avropanın qabaqcıl nümunəsindən istifadə edirik».

Məhərrəm Səfərli gecə reyslərinin dayandırılması ilə bağlı Lüfthanza, Aeroflot, Aerosvit Airlines, DonbassAero, AirBaltic, Austrian və British Mediterranean Airways şirkətlərinə xəbərdarlıq edilib.

Bu, sanitar, xilasedici, humanitar və digər aeroportlarda çətin meteoroloji şərait səbəbindən eniş etmək məcburiyyətində qalan reyslərə aid deyil.
XS
SM
MD
LG