Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Ermənistan müxalifəti mitinqə hazırlaşır


Ermənistan müxalifəti aksiyasında seçki zamanı baş vermiş pozuntularını təqdim edəcək
Ermənistan müxalifəti aksiyasında seçki zamanı baş vermiş pozuntularını təqdim edəcək
Ermənistanda müxalif Ermənistan Milli Konqresi partiyasının iyunun 1-i Yerevanda mitinq keçirəcəyi gözlənilir.

Mitinqdə partiyanın lideri, ölkədə keçirilən şəhər meriyası uğrunda seçkilərdə namizəd, sabiq prezident Levon Ter-Petrosyan seçki zamanı baş vermiş pozuntuları təqdim edəcək.

Ermənistan Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, Respublika partiyası birinci, onun müttəfiqi – «Çiçəklənən Ermənistan» partiyası isə ikinci yerdədir.

Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi səslərin 18 faizini yığıb və üçüncü yerdə qərarlaşıb.

65 yerlik Ağsaqqallar Şurasına seçkidə mütləq çoxluq qazanmış partiyanın seçki siyahısında adı birinci olan şəxsi Yerevanın meri olacaq.
XS
SM
MD
LG