Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:47

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür


Uşaqların Beynəlxalq Müdafiəsi Günü BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən qeyd olunur
Uşaqların Beynəlxalq Müdafiəsi Günü BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən qeyd olunur
İyunun 1-i dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

Dövlət Statistika Komitəsinin yaydığı son məlumata görə, hazırda ölkə əhalisinin 29 faizini 18 yaşadək uşaqlar təşkil edir. 2008-ci ildə Azərbaycanda 152,1 min, bu ilin 4 ayında isə 48,4 min körpə dünyaya gəlib. Körpələrin 53,4 faizini oğlan, 46,6 faizini qızlar təşkil edir.

Prezident İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu il həm də Azərbaycanda «Uşaq ili» elan edilib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən qeyd olunur.
XS
SM
MD
LG