Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:51

Qırmızı Xaç Svat dərəsində dinc sakinlərin vəziyyətindən narahatdır


Beynəlxalq Qırmızı Xaç Komitəsi deyib ki, Svat dərəsində Taliban yaraqlıları və Pakistan qüvvələri arasında döyüş getdiyi bir vaxtda dinc sakinlərin vəziyyətinin ağırlaşmasından «olduqca narahatdır». Regiona baş çəkmiş təşkilat nümayəndələri orada içməli su, ərzaq və tibbi ləvazimatın çatışmadığını deyirlər.

Bu arada isə Pakistan hərbiçiləri deyiblər ki, Svat dərəsində taliblərin əsas məntəqəsi olan Minqora şəhərini öz nəzarətlərinə ala biliblər. Şəhərə su və təbii qaz verilməsi və elektrik enerjisinin bərpası üçün işlər gedir.

Pakistan hərbiçiləri az əvvəl bildirmişdilər ki, əməliyyat yaxın günlərdə başa çatacaq. Lakin mayın 31-i taliblər Cənubi Vəziristan rayonunda hərbi bazaya hücum ediblərr. 25 yaraqlı və 7 hərbiçinin öldüyü deyilir.
XS
SM
MD
LG