Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

«Lal böhran»


Təpik yenə kasıba dəyəcək
20 ildə 600 min adam ziyan çəkəcək

Hər il dünyada 300 min adamı «lal böhran» öldürür. Söhbət iqlim dəyişikliyindən gedir.

Qlobal Humanitar Forum bu barədə hesabat hazırlayıb. Forumun rəhbəri BMT-nin keçmiş baş katibi Kofi Annandır.

Hesabata görə, dəyişiklik elə sürətlə gedir ki, yaxın 20 ildə 600 milyon adam iqlim dəyişikliyindən ziyan çəkəcək. Bu da Yer əhalisinin təqribən 10 faizidir.

Təpik yenə kasıba dəyəcək

Ölüm hallarının 99 faizi inkişaf etməkdə olan ölkələrdə baş verəcək. Halbuki, 50 kasıb ölkənin iqlim dəyişikliyində payı cəmi bir faizdir.

Kofi Annan deyib ki, indi iqlim dəyişikliyi ən ciddi humanitar bəladır.

Proqnoza görə, ölüm hallarının 90 faizi iqlim dəyişikliyinin tədricən doğurduğu səbəblərdən baş verəcək: hava istiləşəcək, nəticədə aclıq başlayacaq, ishal, malyariya xəstəliyi yayılacaq.

10 faiz ölüm halı hava xəstəliyi ilə bağlı olacaq.

Kofi Annan deyib ki, gərək dünya liderləri bu ilin axırı Kopenhagendəki görüşdə Kyoto Protokolunun alternativini müzakirə edəndə, daha məsuliyyətli olsunlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG