Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 06:59

İtkin oğul 27 ildən sonra «Facebook»dan tapıldı


«Facebook» sosial şəbəkəsi
İdeya xalanın ağlına gəlir - Beril Vilson 27 il qabaq itkin düşmüş bacısı oğlunun adını «Google» axtarış portalına yazır, Gevin Parosun adını «Facebook» sosial şəbəkəsindən tapır. Sonra ona məktub yazır….

UŞAĞI ATA QAÇIRMIŞDI

… Ana Eyvril Qrub axırıncı dəfə Gevini atasıyla zooparka göndərdiyi gün görür. Ata üç yaşlı oğlanı geri qaytarmır, uşağı özüylə Londondan Budapeştə - Macarıstana aparır. Bundan sonra uşağı gördüm deyən olmur. Ananın döymədiyi qapı qalmır, Böyük Britaniyanın baş naziri Marqaret Tetçerə qədər çıxır, faydası olmur.

Görüş mayın 29-u, gündüz saat 4-də Britaniyada, Dorsetdəki evdə baş tutur. Üç uşaq atası, 30 yaşlı oğul Gevin və 61 yaşlı ana Eyvil. Ana artıq ürək xəstəsidir.

QOVUŞDULAR; OĞUL ANANIN DİLİNİ BİLMİR!!!

Ananın dediklərindən: «Səhərə qədər gözümə yuxu getmədi. Nəhayət, gözəl səhər açıldı. Az qala 30 il keçmişdi, amma onu görən kimi tanıdım. Gözlərindən tanıdım. Mənim gözlərim idi!!!».

Ana-oğul səssiz–səmirsiz bir-birilərinə sarılırlar. Bir-birilərinin dilini bilmirlər; ana macar dilində, oğul ingiliscə danışmır, amma dil tapırlar. İndi qarşıda nənənin nəvə görmək sevinci qalır.

Eyvril həyat yoldaşından boşanmışdı, amma atanın oğulla görüşmək hüququ var idi. Gevini atasına tapşıranda, onun ağlına da gəlməzmiş ki, uşağını 27 il axtarmalı olacaq.
XS
SM
MD
LG