Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Parlamentin yaz sessiyası qalmaqalla bitdi


Yaz sessiyasının sonuncu iclasında qalmaqal
Yaz sessiyasının sonuncu iclasında qalmaqal
Milli Məclisin mayın 29-da günün ikinci yarısında keçirilən iclası zamanı deputat Pənah Hüseynlə vitse-spiker Ziyafət Əsgərov arasında qalmaqal olub. Bələdiyyələrlə bağlı müzakirələrdə söz alan P.Hüseyn günün birinci yarısındakı iclasda ona söz verilməməsindən gileylənib. Bu vaxt iclası idarə edən Z.Əsgərov onun mikrofonunu söndürüb. P.Hüseynin etirazından sonra vitse-spiker onun danışmasına şərait yaratsa da, mövzunu davam etdirdiyini görüb yenindən mikrafonu söndürüb.

Bu vaxt P.Hüseyn tribunaya qalxaraq oradan danışmağa cəhd edib. Ancaq ondan sonra çıxış üçün söz verilən deputat Əhəd Abıyev tribunaya yaxınlaşaraq P.Hüseyni tribunadan aralamaq istəyib. Səs-küy yaranıb və Ziyafət Əsgərovla Pənah Hüseyn bir-birini kəskin sözlərlə ittiham ediblər.

Mübahisə yaranan zaman spiker Oqtay Əsədov parlamentin iclasında iştirak edən hökumət üzvlərini yola saldığına görə zalda olmayıb.

Parlamentin yaz sesssiyası bu qalmaqalla bitib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG