Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Minsk qrupu həmsədrləri 4 iyun görüşündən böyük irəliləyiş gözləyirlər


ATƏT-in Minsk qrupunun həmsədrləri ümid edirlər ki, 4 iyun görüşündə əhəmiyyətli irəliləyiş olacaq.
Bunu Bakıda fransalı həmsədr Bernar Fasye deyib.
Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri Bakıya Azərbaycan və Ermənistan prezidentlərinin Sankt Peterburqda 4 iyun görüşünə hazırlığı davam etdirmək üçün gəliblər.
Amerikalı həmsədr Metyu Brayzə isə deyib ki, irəliləyiş var, Azərbaycan və Ermənistan prezidentləri konstruktiv hərəkət edirlər, ancaq bir görüş hər şeyi həll edə bilməz.

XS
SM
MD
LG