Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:15

İranda partlayışda 19 nəfər ölüb


İranın cənub-şərqində Zahedan şəhərində məsciddə baş verən partlayışda 19 nəfər ölüb, 125 nəfər isə yaralanıb. Partlayış nəticəsində məscidin bir hissəsi tamamilə dağılıb. İran mediasının verdiyi məlumata görə partlayışdan az sonra polis məscidin yaxınlığına yerləşdirilmiş ikinci bir bombanı da tapıb.

Zahedan şəhəri Sistan və Bəlucistan əyalətlərinin inzibati mərkəzi hesab olunur və Pakistanla sərhəddə yerləşir.

Hadisə ilə bağlı hələ heç kəs məsuliyyəti öz üzərinə götürməyib, lakin verilən məlumata görə bu şəhərdə tez-tez polis və narkotik ilə bağlı olan yaraqlılar arasında toqquşma olur.
XS
SM
MD
LG