Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:13

Avropanın «Opel» həyəcanı


«Bizim yaxşı maşın modellərimiz var. Onlar bazarda qala bilərlər»
«Bizim yaxşı maşın modellərimiz var. Onlar bazarda qala bilərlər»
Almaniyanın «Opel» avtomobil şirkətinin satılması dalana dirənib. Onun sahibi olan ABŞ-ın «General Motors» şirkətini hələlik satışa razı salmaq mümkün olmur. Problem ondadır ki, «General Motors»un özünün yaxın günlərdə müflis elan olunması gözlənir. ABŞ hökuməti «General Motors»dan müflis olmasına dair bütün prosedurları iyunun 1-ə qədər başa çatdırmağı tələb edir. Ona görə də «Opel»in satılması indi Avropanın əksər ölkələrində həyəcanla gözlənir.

«General Motors»un Avropa ölkələrindəki zavodlarında 54 000 adam çalışır. Onların da yarıya qədəri Almaniyadadır. Britaniya, İspaniya, Rusiya və başqa ölkələrdə şirkətin minlərlə işçisi var. «General Motors» müflis olsa, Almaniya kimi başqa ölkələrdə də minlərlə adam işszi qalacaq.

Bu səbəbdən də indi «Opel»in - bir avtomobil şirkətinin satılması Avropa Birliyinin probleminə çevrilib.

Mayın 29-da Birlik ölkələrinin ticarət və iqtisadiyyat nazirləri toplaşıb problemi müzakirə edəcəklər.

Dünən bütün gecə Almaniya hökumətinin, potensial alıcıların iştirakı ilə danışıqlar olsa da, «General Motors»u «Opel»i satmağa razı salmaq mümkün olmayıb. Almaniyanın Maliyyə naziri Peer Steinbruecek «General Motors»un əvvəllər danışıqlarda olmayan əlavə tələblər irəli sürdüyünü deyir:

- Amerikalılar əlavə pul tələb edirlər. Almaniyanın federal hökuməti bu pulu verməyəcək. Əlbəttə, bu, bizim üçün çox pis bir sürpriz idi. Əlavə pul ödəmək, özü də çox qısa müddətdə - bu fikir onların ağlına axşam saat 8-də gəlib və biz bunu elə də ağıllı fikir hesab etmirik.

«Opel»in satılması isə vaxt gözləmir. Almaniya hökuməti satış qərarı qəbul olunana qədər bu şirkətə 1.5 milyard avro dövlət borcu verilməsini təklif edir. Qərarı intizarla gözləyən «Opel»in fəhlələri prosesi xüsusi narahatlıqla izləyirlər:

- Biz demək olar heç nə bilmirik. Son dəqiqəyə qədər hər şeyi bizdən gizləyirlər.

- Hələlik ovqatımız normaldır. Bizim yaxşı maşın modellərimiz var. Onlar bazarda qala bilərlər.

«Opel»in müştəriləri sırasında Azərbaycanda yaxşı tanınan Rusiyanın «Qaz» avtomobil şirkəti, bu ölkədə «Sberbank» da var. Bundan başqa, Avstriya və Kanadanın avtomobil hissələri istehsal edən «Magna» və İtaliyanın avtomobil şirkəti «Fiat» da «Opel»i almağa çalışır.

Amma hələlik şirkətin sahibi olan «General Motors» müflisləşmə ərəfəsində olsa da təklif edilən qiymətlə razılaşmır.

Şərhinizi yazın.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG