«Amnesty International» hüquq müdafiə təşkilatı mayın 28-də dünya ölkələri üzrə 2009-cu ildə insan haqlarının vəziyyətini qiymətləndirən illik hesabatını yayıb. Hesabatda deyilir ki, Azərbaycanda müstəqil mətbuat sıxışdırılır, müxalifət və cinsi azlıqlar təqib olunur. Eyni vəziyyət qonşu Ermənistan, İran, Rusiya, o cümlədən İraq, Belarus, Moldova , Mərkəzi Asiya ölkələrinin çoxunda və Balkan ölkələrində də var.
«Amnesty İnternational» Rusiya və Gürcüstanın adını avqust ayındakı hərbi münaqişəyə görə xüsusilə çəkir. Təşkilat münaqişə vaxtı 200 minə yaxın insanın evini tərk etməyə məcbur olduğunu deyir.
Bosniya-Hersoqovina, Qazaxıstan, Rusiya, Ukrayna və Özbəkistan isə cəzasızlıq mühitinin olmasına və vətəndaşların hakimiyyət orqanlarından qorunmasını təmin etmədiyinə görə tənqid olunurlar.
Təşkilat yazır ki, bəzi MDB ölkələrində insanlar etnik və milli mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalır.
«Amnesty İnternational» bildirir ki, Belarus Avropa və Mərkəzi Asiyada ölüm cəzasını saxlayan yeganə ölkədir.
Dünya iqtisadi böhranın insan haqlarının səviyyəsinə mənfi təsir göstərdiyini deyən təşkilat insanlığın alçaldılması və ədalətsizliyə uğraması kimi halların müşahidə olunduğunu deyir.
«Amnesty İnternational» beynəlxalq insan haqları təşkilatı 150-dən artıq ölkəni əhatə edir və bu ölkələrdə insan haqlarının vəziyyətini əks etdirir.