Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:45

28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür


Şərqdə ilk demokratik cümhuriyyətin qurulmasından 91 il ötür. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tiflisdə Azərbaycanın müstəqilliyini elan edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar həyata keçirilib, müstəqil dövlətin atributları formalaşıb.

Cumhuriyyət 1920-ci ilin aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib.
71 il sonra isə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib.

Mayın 27-də prezident İlham Əliyev Bakıda Cümhuriyyətin şərəfinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə əklil qoyub.

Bu arada ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevə təbrik məktubu göndərib, 28 May-Respublika günü münasibətilə prezidenti və xalqı təbrik edib.
XS
SM
MD
LG