Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:56

Obama Azərbaycan xalqını təbrik edib


Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama prezident İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

«Azərbaycanın milli bayramı - 28 May – Respublika günü münasibətilə ən səmimi salamlarımı və təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

1918-ci ildə həmin gün Azərbaycanın müstəqilliyi elan olunmuş və xalq dövlət quracağını bəyan etmişdir. Sizinlə xatirələrinizi və həmin günün qeyd edilməsini bölüşür və qarşıdakı illərdə də Azərbaycanla tərəfdaşlığımızın möhkəmləndiriləcəyini səbirsizliklə gözləyirəm.

Amerika xalqı adından, Sizə və Azərbaycan xalqına müstəqillik günü münasibətilə ən xoş arzularımı çatdırıram».

Məlumatı rəsmi dövlət xəbər agentliyi «AzərTAc» yayıb.
XS
SM
MD
LG