Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:00

Gürcüstanda müstəqillik günü qeyd olunur


Gürcüstanda minlərlə müxalifət tərəfdarı Tbilisinin futbol stadionunda yürüş keçiriblər. Onlar ölkə prezidentinin istefasını tələb edirlər. Jurnalistlərin verdiyi məlumat görə 60 min nəfərlik stadion etiraz yürüşü zamanı tamamən dolub.

Mayın 27-i Gürcüstan 1991-ci il Sovet İttifaqından ayrılaraq müstəqil olduğunu qeyd edir. Ənənəvi olaraq bu gün ölkədə hərbi parad keçirilir. Lakin hökumət ölkədə qarşıdurmanın qarşını almaq üçün bu ilki paradı təxirə salıb.

Müxalifət partiyaları bir aydan çoxdur ki, ölkədə etiraz nümayişi keçirirərək prezident Mixeil Saakaşvilinin istefasını tələb edirlər. Onlar prezidenti avtokratlıqda və Rusiya ilə müharibəyə getməkdə ittiham edirlər.
XS
SM
MD
LG