Keçid linkləri

2024, 24 İyul, çərşənbə, Bakı vaxtı 13:54

Azərbaycanlı tələbələr iki rusu döyməkdə günahlandırılır


Ultra-millətçilərin Moskvada yürüşü, 4 noyabr 2008
Ultra-millətçilərin Moskvada yürüşü, 4 noyabr 2008
İyunun 16-da Moskvada iki nəfər gəncə hücum etməkdə günahlandırılan 7 qafqazlı tələbənin məhkəməsi davam edəcək. Onların arasında azərbaycanlılar da var.

İstintaqın versiyasına görə, onlar «Allahu-əkbər» qışqıraraq metro vaqonunda məktəbli Pavel Novitski və Fyodor Markova hücum ediblər – güman ki onların «skinhed» olduqlarını düşünüblər. Bu haqda Rusiyada fəaliyyət göstərən «Sova» analitik mərkəzinin internet saytında məlumat verilir. Markov hərbi gödəkçə geyinibmiş, Novitskinin isə başı qırxıq imiş.

Tələbələrin Rusiya Ədliyyə Nazirliyinin Akademiyasında hüquq fakültəsində oxuduqları bildirilir. «Sova»nın yaydığı məlumata görə, tələbələrə qarşı istifadə olunan dəlillərdən biri elə onların hücumu lentə aldıqları mobil telefondur. Amma istintaq hesab edir ki, hücumun motivi milli nifrət yox, xuliqanlıqdır.

Qafqazlı tələbələrin 2-si həbs edilib, qalan 5-dən Moskvanı tərk etməmək barədə iltizam alınıb.

İttiham tərəfi təqsirləndirilən şəxslərin kompensasiya ödəməsi tələbi ilə çıxış edib.

Bəzi məlumatlara görə, Rusiyada radikal millətçilərin qeyri-ruslara qarşı hücumlarına cavab olaraq azərbaycanlılar da mütəşəkkil qrup yaradıblar. Amma Moskvadakı azərbaycanlı icmasının fəallarından olan Tünzalə Vəliqızı bu məlumatların əsassız olduğunu bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG