Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Özbək şəhərində atışma olub


Özbəkistanın şərq hissəsində, Qırğızıstanla sərhəd Xanabad şəhərində atəş açılması məlumatı yayılıb. Şahidlər deyiblər ki, polis naməlum silahləlarla vuruşub.Hadisənin Xanabad yoxsa sərhəd zonada olması dəqiqləşdirilməyib.

Özbəkistan rəsmiləri hələlik buna münasibət bildirməyiblər.

Xanabadın 80 kilomterliyində yerləşən Əndican sakinləri «Azadlıq» radiosuna deyiblər ki, onların yaşadığı yerdə bu gün səhər partlayış olub və şəhərdə hərbiçilərin artdığı müşahidə olunub.

Qırğızıstan hakimiyyəti isə deyib ki, Özbıkistanın istəyi ilə bu ölkə ilə olan sərhəd bağlanıb.
XS
SM
MD
LG