Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Türkiyənin Xarici Işlər nazirinin Azərbaycana səfəri başlayıb


Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlunun Azərbaycana səfəri başlayıb. Əhməd Davutoğlu İslam Konfransı Təşkilatının Dəməşqdəki toplantısından sonra mayın 26-ı gecə Azərbaycana gəlib. O, Dəməşqdən Bakıya azərbaycanlı həmkarı Elmar Məmmədyarovla səfər edib.

Xarici İşlər nazirliyinin mətbuat katibi Elxan Poluxovun «Azadlıq» radiosuna verdiyi məlumata görə mayın 26-ı Əhməd Davudoğlu Azərbaycan Xarici İşlər nazirliyində görüş keçirəcək, daha sonra isə Azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransı keçirəcək.

Nazir vəzifəsinə təyin olunduqdan sonra sayca ikinci xarici səfərini Ki Azərbaycana edən Əhməd Davutoğlunun prezident İlham Əliyevlə də görüşəcəyi gözlənilir.
XS
SM
MD
LG