Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:06

İran nüvə proqramıyla bağlı danışıqlardan imtina edir


İran artıq nüvə proqramıyla bağlı qərb dövlətləriylə heç bir danışığa getməyəcək. İran prezidenti Mahmud Əhmədinejat bu gün belə deyib. Onun sözlərinə görə, nüvə məsələsi İran üçün bitmiş məsələdir və bundan sonra İran bu məsələylə bağlı ancaq əlaqədar qurumlar, məsələn Beynəlxalq Atom enerjisi Agentliyi ilə əlaqə saxlayacaq.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniyanın Iranla danışıqları ötən ilin sentyabrından keçirilirdi. Qərb dövlətləri İrana nüvə proqramından vaz keçmək müqabilində iqtisadi güzəştlər təklif eləyirdilər.

Bu gün ABŞ Asilahlı Qüvvələri Baş qərargahının rəisi Admiral Mayklı Müllen bildirmişdi ki, İran nüvə silahı əldə eləmək texnologiyasına doğru irəliləyir.

XS
SM
MD
LG