Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Gəncədə abonentlərin qazı kəsilir


Qazı kəsilən abonentlərin sayı 700-ü keçib.

Gəncə şəhər Qaz istismarı İdarəsinin baş mühəndisi Balaxan Abbasov deyir ki, artıq şəhərin 40 faizi mavi yanacaqdan məhrum edilib. Hələlik abonentlərin qazı hissə-hissə kəsilir. Balaxan Abbasov deyir ki, əhalinin əksər hissələrinə qazın verilməsi pul ödənilmədiyi halda dayandırılacaq.

Gəncədə artıq 40 mindən çox abunəçi sayğacla təmin olunub, yaxın aylarda bu proses başa çatacaq.

Gəncədə qaz istifadəçisi olan abonentlərin sayı 65 mindir.
XS
SM
MD
LG