Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:09

Qasımovlar ailəsində qrip əlamətləri aşkar edilməyib


Saatlı rayonunun Naharlı kəndində bir ailə ürəkbulanması, yüksək hərarət və ishal əlamətləriylə yerli xəstəxanaya müraciət edib.

Respublika Taun Əleyhinə Dispanserin direktor müavini Şair Qurbanov «Azadlıq» radiosuna bildirib ki, xəstəxanaya müraciət edən Qasımovlar ailəsinin qidadan zəhərləndiyi bəlli olub: «Onlarda qrip əlamətləri aşkar edilməyib. Botulizm xəstəliyidir».

Ailənin bir üzvünün vəfat etməsiylə bağlı məlumatlara gəlincə, Şair Qurbanov deyir ki, hazırda ölümün səbəbi araşdırılır.

Mayın 24-də Saatlı rayonunun Naharlı kəndində yaşayan Qasımovlar ailəsi ürəkbulanması, yüksək hərarət və ishal əlamətləriylə yerli xəstəxanaya müraciət edib.
XS
SM
MD
LG