Keçid linkləri

2024, 28 May, çərşənbə axşamı, Bakı vaxtı 15:54

Əhməd Davutoğlu Bakıya gəlir


Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlu
Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlu

20 min yüksəklikdə Qarabağ zirvəsi


Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlu günortadan sonra Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovu öz təyyarəsində Türkiyəyə enmədən Dəməşqdən Bakıya gedəcək.

Beləliklə də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyə Xarici İşlər nazirinin şəxsi təyyarəsinə ikinci dəfə minmiş olacaq. Əvvəlki nazir Əli Babacan da fevralda Məmmədyarovu şəxsi təyyarəsinə almış və Münhendən Bakıya birlikdə uçmuşdular. Bu səfərdə Dağlıq Qarabağla bağlı həll planı müzakirə edilmişdi.

Peterburq zirvəsi dəyərləndiriləcək

Bakıda rəsmi səfərdə olan Əhməd Davutoğlunun təyyarədə Məmmədyarovla Azərbaycanın erməni tərəfi ilə Dağlıq Qarabağ probleminin həlli üçün irəli sürdüyü görüşlərdə əldə olunan nəticəni baş-başa müzakirə etmə imkanı olacaq. İki nazir iyun ayının 6-da Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü öncəsi vəziyyəti qiymətləndirəcəklər. Əliyev və Sarkisyanın daha əvvəl Praqadakı görüşlərində hər iki ölkənin Xarici İşlər nazirləri arasında müzakirələrin başlanması üçün gəldikləri prinsip qərarını Ankara da dəstəkləyir.

İkinci rəsmi ziyarət

Əhməd Davutoğlunun Bakıya bu gəlişi onun ikinci xarici səfəri olacaq. O ilk səfərini Şimali Kiprə edib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın mayın 13-də Bakıya səfərində türk nümayəndə heyətinin tərkibində Davutoğlu da vardı. Davutoğlu Bakıya rəsmi ziyarəti ilə Türkiyənin Azərbaycanla birgə olduğunu göstərmiş olacaq. Onu Azərbaycan prezidenti İlham Əliyev də qəbul edəcək.

«Hürriyyət» qəzeti

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG