Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 15:27

Hərbi təlimdə 4 əsgərin öldüyü xəbər verilir


Azərbaycan əsgəri 5 yoldaşını güllələyib.

ANS PRESS-in məlumatına görə, hadisə Şəmkir rayonu ərazisindəki Seyfəli poliqonunda keçirilən hərbi təlim zamanı baş verib.

Hadisə nəticəsində əsgərlərdən 4-ü ölüb. Biri isə ağır vəziyyətdə Gəncədəki Hərbi Hospitala aparılıb.

Məlumatlara görə hadisəyə səbəb əsgərin silahla ehtiyatsız davranması olub.

APA-nın məlumatına görə, hadisəni 2008-ci ildə Ağcabədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 20 yaşlı Orxan Səfərov törədib.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG