Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Sergey Lavrov dünən Həmasın lideri Xalid Mişalla görüşüb


Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Suriyada Həmas qrupunun lideri XaLİD Mişalla görüşüb.

Sergey Lavrov görüşdən sonra deyib ki, ümid edir ki, fələstinlilər Moskvada keçiriləcək mümkün Yaxın Şərq sülh konfransında vahid nümayəndə heyətilə iştirak edəcəklər.

Hazırds Fələstin torpaqlarının bir qismi-Qəzzə bölməsi Həmasın nəzarətindədir.

İordan çayının qərb sahilinə isə prezident Mahmud Abbasın rəhbərlik etydiyi Fəth hərəkatı nəzarət edir.

Sergey Lavrov bu gün Suriya prezidenti Başar Əsədlə görüşməlidir.

Görüşdə Yaxın Şər sülh konfransıyla bağlı Moskvanın planı müzakirə olunmalıdır.

Sergey Lavrov dünən İslam Konfransı təşkilatı ölkələrinin 36-cı sesiyasına da qatılıb.

Moskva bu təşkilatda müşahidəçi kimi iştirak edir.
XS
SM
MD
LG