Keçid linkləri

Təcili xəbərlər
2023, 31 May, çərşənbə, Bakı vaxtı 15:24

İran «Facebooka» qadağa qoya bilər


Ictimai şəbəkələşmə məqsədi daşıyan «Facebook» saytını idarə edənlər bildiriblər ki, onlar İranda bu sayta girişin bağlanması ilə bağlı olan xəbərləri araşdırır. «Frans-Press» agentliyinə verilən bəyanatda deyilir ki, İran hakimiyyətinin bu saytı bağlaya bilməsi onları narahat edir.

İranın İLNA agentliyinin verdiyi məlumata görə hökumət iyunun 12-i prezident seçkiləri zamanı saytın bağlanması məsələsi üzərində düşünür. Onlar bu addımı bu cür izah ediblər ki, prezidentliyə namizəd Mir-Hüsüyn Musəvini təşviqatının qarşısı alırlar.

«Facebook» bu addımı informasiya alma haqqının məhdudlaşdırılması kimi qiymətləndirib.

XS
SM
MD
LG