Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri mayın 22-də mülki geyimli şəxslərin onları izlədiyini deyir. Təşkilatın sədri Tural Abbaslı «Azadlıq» radiosuna deyib ki, onlar faktla bağlı polisə şikayət etmək niyyətindədirlər.
«Mayın 22-də gənclər təşkilatları bir yerdə görüşüb atacağımız addımları koordinasiya etməli idik. Evdən çıxandan uşaqlarla görüşən yerədək mülki geyimli şəxslərin bizi izlədiyini gördük. Orada bir çox gənclər təşkilatları var idi və artıq bilirdik ki, bizi izləyən 4-5 nəfərdir».
T. Abbaslı deyir ki, bu cür yollarla gənclərə təzyiq etmək, gəncləri proseslərdən yayındırmaq istəyirlər. «Biz Daxili İşlər Nazirliyindən tələb edəcəyik ki, araşdırsınlar həmin adamlar kimdir, bizi nə məqsədlə güdürdü. Bizə maraqlıdır bu 37-ci repressiyasıdır, Stalin dövrüdür? Biz rəsmi qeydiyyatdan keçmiş partiyanın üzvləriyik. Əgər qeyri-qanuni nə isə varsa bizə rəsmi məktub göndərsinlər, çağırsınlar daha belə hərəkətlərə yol verməsinlər».
Bir qrup müsavatçı gənc mayın 10-da Gül Bayramının keçirilməsinə etiraz edərkən saxlanılıb, izahat alındıqdan sonra sərbəst buraxılmışdı.
Gənclər mayın 23-də polislərin son vaxtlar gənclərə qarşı münasibəti, müxalifətçi gənclərə qarşı zorakılıq və təhlükəsizliklərinə təmin vermək tələbi ilə DİN-in binası qarşısında aksiya keçirmək istəyirdi. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə verməyib.
Müsavat Partiyası Gənclər Təşkilatı aksiya keçirmək üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklərini bildiriblər.