Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:42

Gənclər Təşkilatı yenidən müraciət edəcək


«Müsavat Partiyası Gənclər Təşkilatı aksiya keçirmək üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək»

Bu haqda «Azadlıq» radiosuna təşkilatın sədri Tural Abbaslı məlumat verib. Onun sözlərinə görə, onlara ikinci dəfə də icazə verilməsə, aksiyanı icazəsiz keçirəcəklər.

Müsavat Partiyası Gənclər Təşkilatının mayın 23-ə nəzərdə tutulan aksiyasına icazə verilməyib. Bu barədə «Azadlıq» radiosuna Bakı Şəhər İcra Hakimiyyətinin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyib.

«Qanunvericiliyə əsasən birbaşa «Sərbəst toplaşmaq azadlığı haqda» qanunun müvafiq maddəsi ilə əlaqədar, bir də Nazirlər Kabinetinin 2008-ci il tarixdə müvafiq qərarı var - Mərkəzi İcra hakimiyyəti orqanlarının siyahısının tərkibi müəyyən olunur, həmin siyahıda bir neçə Mərkəzi İcra hakimiyyəti orqanının adı çəkilir. Siyahıda Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının da adı var».

Müsavat Gənclər Təşkilatı polislərin son vaxtlar gənclərə qarşı münasibəti, müxalifətçi gənclərə qarşı zorakılıq və təhlükəsizliklərinə təmin vermək tələbi ilə DİN-in binası qarşısında aksiya keçirmək istəyirdi.
XS
SM
MD
LG