Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:29

«İlahiyyat» məscidinə ibadətə gələnlər narahatdırlar


«İlahiyyat» məscidində cümə namazı qılınıb. «Azadlıq» radiosunun müxbirinin verdiyi məlumata görə, məscidin içində adam çox olduğundan məscid hasarlarının üstündə, maşın dayanacağında da namaz qılanlar olub.

Məscidin divarlarına dindarlara müraciətlə yazılıb ki, məsciddə sıxlıq olduğundan onların imkan daxilində başqa məscidlərə getməsi xahiş olunur. Əsasən də Ceyranbatan, Qaraçuxur və Mehdabada getmək xahiş olunub.

«İlahiyyat» məscidinə gələnlər isə deyiblər ki, Bakıda məscidlər bağlandığından və kənd məscidləri uzaq olduğundan onlar bu məscidə toplaşmaq məcburiyyətindədirlər.

«İlahiyyat» məscidinin imamı İbrahim Məmiş məscidin bağlanmayacağını desə də, bura ibadətə gələnlər narahatdırlar.

«Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin müxbirləri yaxınlıqda məscidlə bağlı çəkiliş apararkən Bakı Dövlət Universitetinə məxsus tələbə şəhərciyinin direktoru Rza Cabbarov onlardan vəsiqələrini tələb edib, az sonra qaytarmışdır.
XS
SM
MD
LG