Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Mərkəzi Bank uçot dərəcəsini 2%-ə endirib


Azərbaycan Mərkəzi Bankı (AMB) 2009-cu ilin may ayının 25-dən etibarən uçot dərəcəsini 3%-dən 2%-ə endirir. Bununla yanaşı, faiz dəhlizinin yuxarı həddi 8%-dən 7%-ə salınır.

AMB-dən verilən məlumata görə, bu qərar pul siyasətinin yumşaldılması, Azərbaycanda deflyasiya prosesləri fonunda iqtisadi aktivliyin qorunması və maliyyə sektorunun sabitliyinə dəstək verməyə istiqamətlənib.

Sonuncu dəfə bu ilin mart ayının 2-dən uçot dərəcəsi 5%-dən 3%-ə, faiz dəhlizinin yuxarı həddi 10%-dən 8%-ə, manat və xarici valyutada məcburi ehtiyat normaları isə 3%-dən 0,5%-ə endirilib.

Ümumilikdə isə, uçot dərəcəsi 2008-ci ilin oktyabr ayından 15%-dən 2%-ə endirilir.
/APA/
XS
SM
MD
LG