Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Medvedev: «Şərq Tərəfdaşlığının Rusiya qarşı çevrilməsini istəmirik»


«Biz istəməzdik ki, Şərq Tərəfdaşlığı Rusiya əleyhinə əməkdaşlığa çevrilsin». Rusiya prezidenti Dmitri medvedev mayın 22-də Xabarovskda keçirilən Rusiya-Avropa Birliyi sammitindən sonra keçirilən mətbuat konfransında belə deyib. Medvedev Avropa liderlərinin layihənin Rusiyaya qarşı yönəlmədiyinə onları inandıra bilmədiyini bildrib.

«Əgər söhbət Şərq Tərəfdaşlığından gedirsə, bİzim üçün hələ tam aydın deyil ki Şərq Tərəfdaşlığı hansı formada baş verəcək. Əgər bunun mənası iqtisadi sahədə əməkdalığın genişləndiriməsi, Şərqi Avropa ölkələri üçün bir sıra imkanlar nəzərdə tutursa, biz buna qarşı çıxmayacağıq».

Medvedev onu da əlavə edib ki, Şərqi Tərəfdaşlıq proqramının iştirakçılarının bəziləri bunu «Rusiyaya qarşı əməkdaşlıq» kimi qəbul edirlər.

Rusiya prezidenti Avropa Birliyi rəhbərlərini nəzərədə tutmadığını deyib: «Biz istəməzdik ki, Şərq Tərəfdaşlığı Rusiya əleyhinə əməkdaşlığa çevrilsin. Biz sadəcə istəməzdik ki, bu əməkdaşlıq - bir daha təkrarlayıram– anti-Rusiyaya əhvallı ölkələrlə Avropa ölkələrini birləşdirsin».

Avropa Birliyinin Şərq Tərəfdaşlıq proqramına Azərbaycan da daxil olmaqla 6 keçmiş Sovet ölkəsi daxildir.
XS
SM
MD
LG