Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:08

Prezident iqamətgahına qumbara ilə gələn şəxs zərərsizləşdirib


Serb polisi prezident iqamətgahına daxil olan şəxsi zərərsizləşdirib, daha sonra həbs edib. Tutulan 57 yaşlı biznesmen Draqan Mariçdə əl qumbarası olub.

Mayın 21-də D. Mariç internet vasitəsilə 11 min ünavana, o cümlədən polisə məktub göndərib və bildirib ki, özünü prezident dəftərxanasında partlatmaq niyyətindədir.

Biznesmen iddia edir ki, 90-cı illərdə keçmiş Yuqoslaviyanın dövlət aviasiya şirkəti onun firmasına milyon dollar borcu qalıb.

Serbiya prezidenti Baris Tadiç hadisə baş verən vaxt binada olmayıb.

4 il əvvəl D. Mariç parlament qarşısında 3 ay ərzində aclıq da etmişdi.
XS
SM
MD
LG