Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:36

Müsavatçı gənclərin aksiyasına icazə verilmədi


Müsavat Partiyası Gənclər Təşkilatının sabaha nəzərdə tutulan aksiyasına icazə verilməyib.

Bu barədə «Azadlıq» radiosuna Bakı Şəhər İcra Hakimiyyətinin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyib.

«Qanunvericiliyə əsasən birbaşa “Sərbəst toplaşmaq azadlığı haqda” qanunun müvafiq maddəsi ilə əlaqədar, bir də Nazirlər Kabinetinin 2008-ci il tarixdə müvafiq qərarı var - Mərkəzi İcra hakimiyyəti orqanlarının siyahısının tərkibi müəyyən olunur, həmin siyahıda bir neçə Mərkəzi İcra hakimiyyəti orqanının adı çəkilir. Siyahıda Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının da adı var».

Müsavat Gənclər Təşkilatı polislərin son vaxtlar gənclərə qarşı münasibəti, müxalifətçi gənclərə qarşı zorakılıq və təhlükəsizliklərinə təmin vermək tələbi ilə DİN-in binası qarşısında aksiya keçirmək istəyirdi.
XS
SM
MD
LG