Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:42

Qərb bölgəsində hektarlarla sahənin məhv olma təhlükəsi var


Gürcüstan ərazisindən Samux, ordan da Şəmkir və digər qərb rayonlarına yayılmaqda olan çəyirtkə təhlükəsi ilə mübarizə gücləndirilir.

«Mərakeş çəyirtkəsi» adlandırılan bu ziyanvericilər hazırda Ceyrançölündə pərakəndə halında yuvalarında məhv edilir. Bitki mühafizə mərkəzinin, baytarlıq idarəsinin, su idarəsinin və ərazi kənd təsərrüfatı idarəsinin bütün əməkdaşları və 20-dən çox texnikası əraziyə səfərbər olunub. İndiyədək 300 litirdən çox zəhərli dərman pereparatından istifadə olunduğu, lakin hələ də yüzlərlə hektar sahədə çəyitrkənin olduğu bildirlir.

Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanov bu günə kimi min hektradan çox sahənin dərmanlandığını bildirir. Dərmanlama işi həm traktorlarla, həm də əllə həyat keçirilir. Çəyirtkələrə qarşı mübarizə nəticə verməzsə, hektarlarla sahənin məhv olma təhlükəsi var.
XS
SM
MD
LG