Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

İrandan Azərbaycana narkotik gətirən 2 mütəşəkkil dəstə saxlanıb


Daxili İşlər Nazirliyi (DİN) 121 kiloqram narkotik maddəni İrandan Azərbaycana gətirən 2 mütəşəkkil dəstəni saxlayıb. Xəbəri nazirliyin mətbuat xidməti yayıb. Saxlananlar arasında həm İran, həm də Azərbaycan vətəndaşları var.

Dəstələrdən birinin üzvləri narkotik vasitələri Azərbaycana ütüləmə lövhəsində keçirib. O biri dəstə isə narkotik maddələri iki silahlı şəxsin müşayiəti ilə Xəzər dənizini motorlu qayıqla keçərək Azərbaycana gətirib.

Hər iki fakt üzrə cinayət işi başlanıb.
XS
SM
MD
LG