Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:50

Yeni məhkəmə instansiyası yaradılacaq


Azərbaycanda inzibati məhkəmənin yaradılması ilə bağlı iş gedir
Azərbaycanda inzibati məhkəmənin yaradılması ilə bağlı iş gedir
Azərbaycanda inzibati məhkəmənin yaradılması ilə bağlı iş gedir. Bunu mayın 21-də Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov deyib.

Onun sözlərinə görə bu istiqamətdə bir sıra qanunlar qəbul edilib. Hazırda isə İnzibati Prosessual Məcəllə üzərində iş gedir.

Əli Hüseynov deyir gələn il məhkəmənin yaradılması həyata keçirilə bilər.

Əvvəllər belə bir fikir var idi ki, inzibati məhkəmə mövcud məhkəmələrin və ya appelyasiya məhkəməsinin nəzdində yaradılsın. Amma indi bu qurumun müstəqil yaradılması nəzərdə tutulub və iki mərhələdən ibarət olacaq.

İnzibati məhkəmə «İnzibati icraat haqqında» qanundan irəli gələn mübahisəli məsələlərə – vəzifəli şəxslərin səlahiyyətindən sui-istifadə, qanunsuz verilmiş lisenziyalar və bu istiqamətdə edilmiş digər şikayətlərə baxacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG